İDMAN ÖZ XƏBƏR

Rəhbərlikdən istefa verən Ağaoğlunu bu şəxs ƏVƏZ EDƏCƏK

Xəbər verdiyimiz kimi, "Trabzonspor"un prezidenti Əhməd Ağaoğlu istefa verib.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ağaoğlunun istefasında sonra onun yerinə gələcək şəxsin adı bəlli olmağa başlayıb.

Belə ki, vitse-prezident Ərtoğrul Doğanın seçkilərə yeganə namizəd kimi girəcəyi gözlənilir.

Həmçinin bildirək ki, Doğan, nizamnaməyə uyğun olaraq seçkiyə qədər ki, prosesdə klub prezidenti vəzifəsini də icra edəcək.

Qeyd edək ki, seçkilərin keçirilmə vaxtı ilə bağlı verilən açıqlama da, ilk iclasın 18-19 mart, ikincinin isə 25-26 mart tarixlərində keçiriləcəyi bildirilib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər