Episentri Kahramanmaraş olan zəlzələdən sonra saxlanıldığı həbsxanadan qaçan şəxs tutulub.
32gun.az bildirir ki, Marmaris girişindəki Çetibeli yol nəzarətində şəxsiyyət vəsiqəsi yoxlamasında yaxalanıb.
Belə ki, polis əməkdaşlarının Marmarisdə quru yolu ilə tək giriş nöqtəsi olan Çetibeli keçid məntəqəsində axtarışda olan şəxslərlə bağlı reyd keçirib. Reyd zamanı saxlanılan avtomobildə olan Sultan S adlı şəxsin Suriya vətəndaşı olduğu, üzərində şəxsiyyət vəsiqəsi olmadığı müəyyən edilib. Sultan S adlı şəxsin Kahramanmaraş mərkəzli zəlzələdən sonra həbsxanadan qaçdığı məlum olub.
Onun həbsxanadan zəlzələ zamanı qaçaq olan biri kimi axtarıldığı və 11 il 23 ay 25 gün həbs cəzası ilə həbsinə order verildiyi ortaya çıxıb.
Saxlanılan şəxs prosedurlar tamamlandıqdan sonra məhkəmə çıxarılıb və daha sonra həbsxanaya göndərilib.
Ayxan