Kocaelində yerləşən reklam firmalarından birinə məxsus mətbəədə bədbəxt hadisə baş verib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində 24 yaşlı Edanur Celep dünyasını dəyişib.
Belə ki, mətbəədə iş zamanı baş örtüsünün çap maşınına ilişməsi nəticəsində ağır yaralanan qadın təcili xəstəxanaya aparılıb. Edilən müdaxilələrə baxmayaraq, o həyatını itirib.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Nurlan Şiraliyev