"Yuventus"la "Sportinq CP" arasında keçiriləcək UEFA Avropa Liqasının 1/4 final matçına hakim təyin edilib.
32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, matçı FİFA lisenziyalı hakim Halil Umut Meler idarə edəcək.
Bildirək ki, matç 13 aprel saat 22.00-da İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda baş tutacaq. Onu da əlavə edək ki, hakim köməkçiləri kimi Mustafa Emre Eyisoy və Kerem Ersoy təyin olunub.
Nurlan Şiraliyev