HADİSƏ ÖZ XƏBƏR

“Azərişıq” ASC-in səhlənkarlığı kəndliyə ziyan vurdu - İnsanlar ölümdən döndü, heyvanlar tələf oldu (FOTO)

"Azərişıq"ın səhlənkarlığı dünən 7 aylıq boğaz inək və kəlin tələfinə səbəb olub.

32gun.az bildirir ki, Lerik rayonunun Qələbin kəndində elektik cərəyanı vurması nəticəsində iribuynuzlu heyvanlar məhv olub. 

İki təsərrüfata 5000 manat civarında ziyan dəyib.

Kənddə artıq sovetdən qalma dirəklər də yoxdur. Yerinə isə kənd camaatı naəlacsızlıqdan hər anı təhlükə mənbəyi olan adi ağac parçaları basdırırlar ki, heç olmasa evlərində bir işıq yansın.

Bu ağaclar da  yağışlı, küləkli Talış dağlarında bir neçə aya çürüyür sıradan çıxır.

Təqdim edilən şəkildə gördüyünüz kimi elektrikötürücü xətlər bir neçə müddət imiş ki, göydən əlini üzübmüş. Bu xətlər möhkəm yağış yağan gün təkcə Rəşdo obadakı evləri çılçırağa qərq etməyib, bütün ətraf meşə ağaclarını, meşə və örüşdəki heyvanları yaş təbiət vasitəsilə elektrikləşdirib.

Vətəndaşın şikayətini əsaslı olaraq burada paylaşırıq ki, "Azərişıq" qeyd edilən problemlə yerində maraqlanıb, bu problemi aradan qaldırsın. O qurban mal-qara deyil, hər hansı bir sakin ola bilərdi.

Ayxan

Oxşar Xəbərlər