DÜNYA ÖZ XƏBƏR

Başına 10 milyon mükafat qoyulan müəmmalı şəkildə terrorçu öldü

Qlobal terror aktlarında aparıcı rol oynayan Şahab ​​əl-Muhacir kimi tanınan Sanaullah Qafari dünyasını dəyişib.

32gun.az bildirir ki,  bu barədə Pakistan mətbuatı məlumat yayıb.

Məlumata görə, Sanaullah Qafari Əfqanıstanın Kunar şəhərində müəmmalı şəkildə ölüb. 

Bildirilir ki, Bütün dünyada axtarılan, başına 10 milyon dollar mükafat olan Qafari Əfqanıstanda anadan olub. Ailəsi Hindistandan mühacirət etmişdi.
28 oktyabr 1994-cü ildə anadan olan Qafarinin həyatının ilk dövrü haqqında çox az şey məlumdur.  Beynəlxalq terrorçunun mədrəsə təhsili zamanı radikallaşdığı deyilir.

İran, Özbəkistan, Tacikistan, Pakistan və Əfqanıstanda çoxsaylı hücumlarda aparıcı rol oynayıb. O, xüsusi olaraq Pakistanı hədəf alıb.

Qafari 2020-ci ilin aprel ayına qədər İŞİD-in Əfqanıstan qolu olan İŞİD-K-ya rəhbərlik edib. Onun komandanlığı altında olan qrup çoxlu sayda günahsız mülki insanı qətlə yetirib. 

Başına 10 milyon dolar ödül konulan uluslararası terörist gizemli bir şekilde öldü - Resim : 1

"Arabnews"da yer alan xəbərə görə, ABŞ Qafarini Əfqanıstandan Türkiyəyə insan alveri əməliyyatları aparmaqda da ittiham edib.
  Türkiyə və ABŞ bu əməliyyatları və onların vəsaitlərini iflasa uğratmaq üçün çox səy göstərirdilər.

Qafari 2021-ci ilin dekabrında Birləşmiş Millətlər Təşkilatı və Avropa İttifaqı tərəfindən beynəlxalq terrorçu elan edilmiş və başına 10 milyon dollar mükafat qoyulmuşdu.

Qafarinin əməllərinə İrandakı partlayış, Rusiya səfirliyinə intiharçı hücumu, Lagoon Hoteldə çinlilərin qətliamı, Kabil hava limanına hücum, Özbəkistan və Tacikistana raket hücumları, Kabildəki Pakistan səfirliyinə hücum, Pişəvərdəki İmambargah hücumu daxildir.

Ayxan 

Oxşar Xəbərlər