Xəbər verdiyimiz kimi, ötən gün Qırğızıstan hökumətinə qarşı çevriliş planlaşdıran qruplaşmaya qarşı ölkə daxilində genişmiqyaslı əməliyyatlar həyata keçirib.
Məlum olub ki, həbs olunan qondarma fəal Gülçigit İsakov FETÖ adından fəaliyyət göstərib və Türkiyəni hədəf alan təşəbbüsləri olub.
32gun.az bildirir ki, bu barədə "Yenişafak" qəzeti məlumat yayıb.
Xəbərdə bildirilir ki, həbs olunanların FETÖ-yə yaxınlığı ilə tanınan keçmiş prezident Almazbek Atambayevlə əlaqəli olduqları üzə çıxıb.
Xəbərdə xatırladılır ki, “Yeni Şafak” ötən il təhsil və elm naziri Almazbek Beyşənəliyevin FETÖ ilə əlaqələrini üzə çıxamışdı. İndi isə Qırğızıstanda keçirilən əməliyyatda yaxalanan şübhəlilərdən biri Gülcigit İsakov Beyşenəliyev vasitəsilə Türkiyə əleyhinə lobbiçilik fəaliyyəti apardığı məlum olub.
Qeyd edək ki, Qırğızıstanda kütləvi nümayişlərdən istifadə edərək hakimiyyəti ələ keçirməyi planlaşdıran qrupun üzvləri ötən həftənin əvvəlində keçirilən əməliyyatda saxlanılıb.
Əməliyyatlarda 30-dan çox adam saxlanılıb, 4 nəfər isə həbs edilmidi
Xatırladaq ki, Atambayev ölkəni idarə edərkən FETÖ-nün çevriliş edə biləcəyi ilə bağlı Türkiyənin xəbərdarlığını “absurd” adlandırmışdı.
Ayxan