Amerikada Elmi araşdırmalar üçün bağışlanan meyitlərin saxlandığı İllinois Anatomik Bağışlama Cəmiyyətində dəhşətli hadisə baş verib.
32gun.az xarici KİV-ə istinadən bildirir ki, müəssisənin əməkdaşı Deyl Uitli bildirib ki, meyitlər pis şəraitdə saxlanılıb, siçan və həşəratlar tərəfindən yeyilib parçalanıb. İşçi vəziyyəti rəhbərinə bildirdikdən bir gün sonra stolunun üstündə üç kəsilmiş baş tapıb.
O, həmçinin bildirib ki, bağışlanan bəzi insan cəsədləri morqda çürüməkdədir.
Mətbuat konfransında Wheatley-nin vəkili cəsədlərə hörmət və ləyaqətlə yanaşılmalı olduğunu vurğulayıb.
Müdirinin qorxulu hadisəyə biganə qaldığını bildirən Deyl Uitli bağışlanan bəzi insan qalıqlarının ailələrə qaytarılmalı olmasına baxmayaraq, illər keçsə də hələ də morqda çürüməyə davam etdiyini də deyib.
Ayxan


