HADİSƏ ÖZ XƏBƏR

Polis partiya liderini DÖYDÜ

Belçikada irqçi siyasətləri müdafiə edən "Vlaams Belanq" (Flaman Maraqları) partiyasının lideri Tom Van Qriken nümayiş zamanı  polis məmuru tərəfindən yumruqlanıb. 

32gun.az xəbər verir ki, hadisə partiya lideri və bir qrup şəxslərin  səhiyyə işçilərinin təşkil etdiyi mitinqdə iştirakı zamanı baş verib. Mitinq zamanı polis əməkdaşları ilə iştirakçılar arasında münaqişə yaranıb. Mübahisə zamanı polis məmuru irqçi partiyanın liderinə təzyiq göstərib. 

Partiya rəhbərləri isə "Belçikada tibb sahəsinin problemlərini çatdıran nümayişə qatılmaq nə vaxtdan bəri problem olub?" deyə  bildiriblər. 

Qeyd edək ki, hadisə paytaxt Brüsseldə baş verib.

Aysel Şirinova

 

Oxşar Xəbərlər