HADİSƏ ÖZ XƏBƏR

Məzuniyyət günü QALMAQAL: Tələbə qız professoru təpikləyib, sillə vurdu

ABŞ-da məzuniyyət günü baş verən mübahisə qısa vaxt ərazində sosial şəbəkələrdə gündəm olub. 

32gun.az xəbər verir ki, diplomların təqdim olunma zamanı professor tələbələrdən birinin adında səhvə yol verib. Kadia İman adlı bu tələbə adının səhv tələffüz edilməsindən qəzəblənərək mübahisə yaradıb. Əsəbinə hakim ola bilməyən tələbə əlinə mikrafonu alaraq  adının məqsədli şəkildə səhv deyildiyini irqçiliyə yol verildiyini iddia edib. 

Professor onun əlindən mikrafonu almaq istədikdə isə professora hücum edərək sillə və təpik zərbələri endirib. 

Daha sonra Kadia fikirlərinə davam edərək "Mən problemli insan deyiləm. Bu gün məzun oluram və bunun üçün çox çalışmışam. Əziyyətimin qarşılığını almaq istəyirəm. Hər kəsin adının düzgün tələffüz edildiyi halda mənim adımın səhv səsləndirilməsi haqsızlıqdır. Heç kimin gününü pozmaq istəmirəm",- deyib.

Qeyd edək ki, Kadianın bu əməlini bəzi insanlar tənqid etsə də ona dəstək olanlar da az olmayıb. 

Aysel Şirinova

Adı yanlış söylenince mezuniyet törenini birbirine kattı! Akademisyenle  tartıştı, mikrofonu alıp konuşma yaptı - Mynet trend

kapak3

Oxşar Xəbərlər