SOSIAL ÖZ XƏBƏR

Deputatlar yay tətilini harada keçirməyi planlaşdırır?

Sabah parlamentin növbədənkənar sessiyasının sonuncu iclasıdır. Bundan sonra deputatlar tətilə çıxacaq. 

Deputatlar tətil müddətini necə və harada keçirməyi planlayırlar?

32gun.az deputatlar arasında sorğu keçirib.

Ceyhun Məmmədov: "Planım ölkə tətilidir. Azərbaycanın dilbər guşələrindən birində tətil keçirməyi planlayıram. Hələki xaricə getməklə bağlı düşüncəm yoxdur. Paralel olaraq seçicilərlər görüşlər, cari işlər, vətəndaş qəbulu eyni zamanda bununla bağlı digər yarımçıq işlərin tamamlanması planlaşdırdığımız məsələlərdən biridir".

Siyavuş Novruzov: "Tətil təkcə istirahət üçün verilmir. Həmin dövr ərazində eyni zamanda seçicilərlə görüşəcəyik. Onların maraqları, problemləri və təkliflərini toplayacağıq.  Mən yəqin ki, Naxçıvan Muxtar Respublikasında olacam. Orada seçicilərlə görüşəcəm".

Fəzail Ağamalı: "Bir qayda olaraq tətilimi Azərbaycanda keçirirəm. Bu ənənəmə yenə sadiq qalacam. Bakı və sərin yerlərdən birində olacam. Bu Qusar da ola bilər Qəbələ də Şəki Qax da. Hara rahat olacaqsa orada tətil edəcəm". 

Rüfət Quliyev: "Tətili Azərbaycanda keçirəcəm. Qismən Lənkəranda, qismən isə bağ evimdə olacam. Lənkəran mənim doğma diyarımdır. Mənim orada kifayət qədər dostum, tanışım, qohum-əqrəbam var. Oxuduğum 4 nömrəli məktəbin məzunları ilə görüşəcəm. Biz hamımız yayda yığışırıq. Öz doğma kəndimə - Sütəmuradova gedib insanlarla görüşməyi planlayıram. Orada çayxanada oturub insanlarla danışıram, söhbət edirəm. Bağda isə daha çox məqalə yazıram, elmi işlərimlə məşğul olur, kitab oxuyur və filmlərə baxıram".

Aysel Şirinova

Oxşar Xəbərlər