ÖZ XƏBƏR

Avropa Müsəlman Forumu İslamofobiyaya Qarşı Mətbuat Konfransı keçirib

Avropa Müsəlman Forumu İslamofobiyaya Qarşı Mətbuat Konfransı keçirib. Konfransda Avropadakı islamafobiya və anti-islam formasiyalarına toxunulub, islamofob danışıq və hərəkətləri əks etdirən videogörüntülər nümayiş olunub.

32gun.az xəbər verir ki, ekstremist qrupların məqsədinin Avropanı müsəlman dövlətlərinə qarşı qoymaq olduğunu bildirən Avropa Müsəlman Formunun Prezidenti  Niyazov prezident Ərdoğanın Avropa ölkələri ilə yaxınlaşmasının bu kimi problemlərin həllində mühüm addım olduğunu vurğulayıb.

Niyazov həmçinin "Bu gün Avropada 170 milyondan çox müsəlman yaşayır. Lakin bəzi qruplar islamafobik addımlar ataraq iğtişaş yaratmağa meyillidirlər. Bunlar Qurana söyüşlər yağdıran, Quranı yandırmaq, yerə atmaq, ayaq basmaq kimi çox çirkin əməllər edən bir qrupdur. Belə aksiyalar təkcə İsveçdə deyil, bütün Avropada baş verir. Bu, bəzi Avropa ölkələrində qanunların olmaması və ikili standartlarla bağlıdır. Həmin ölkələrdəki qanunlara görə Antisemitizm və irqçilik cinayətdir, lakin islamofobiya fikir azadlığıdır. Bu cür qrupların əsas ideoloqları Kanadadadır. Ən böyük aktivistlər isə 1 həftə əvvəl Rusiyada tutuldu" deyə bildirib.


Oxşar Xəbərlər