SOSIAL ÖZ XƏBƏR

“Viktoriya-313” MTK məhkəməlik oldu

"Viktoriya-313” MTK  məhkəməlik olub.

32gun.az-ın məlumatına görə, şirkət barəsində  HÜSEYNOV TOFİQ FƏRƏC OĞLU Sumqayıt Apellyasiya Məhkəməsi müraciət edib.

Bunadan məhkəmədə maraqlı şəxs qismində vəkillər kollegiyasının üzvü Bunyatov Azər Novruz oğlu da olacaq.

 Məhkəmə işinin mahiyyəti Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr və Sair mülki iş - Maneənin aradan qaldırılması ilə bağlıdır.

Bildirək ki, nizamnamə kapitalı 100 AZN olan “VİKTORİYA-313” Mənzil Tikinti Kooperativinin qanuni təmsilçi FİTAT MƏMMƏDOVA HACI QIZIdır. 

Mətbuatda gedən məlumata görə isə  “VİKTORİYA-313” Mənzil Tikinti Kooperativin rəhbəri əslən Naxçivandan olan, hazırda həbsdə olan  Arzuman Əliyevdir. 

Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 178.3.2 maddəsi üzrə işinə baxılan Arzuman İsa oğlu Əliyev 11 noyabr 2016-cı il tarixində 11 il müddətinə azadlıqdan məhrum edilmişdir.  

Ayxan

Oxşar Xəbərlər