Bu ölkədə insanlar küçələrə axışdı - gərginlik pik həddə
Keniyada vergi artımını nəzərdə tutan qanuna cavab olaraq keçirilən etirazlar üçüncü günündə gərgin həddə çatıb.
32gun.az xarici KİV-lərə istinadən məlumat verir ki nümayişlərdə polislə nümayişçilər arasında qarşıdurma yaşanıb. Çox sayda vətəndaşı nəzarətə alan polis, yolları bağlayanlara bibər qazı ilə müdaxilə edib.
Nümayişlərdə 6 nəfərin həyatını itirdiyi iddia edilsə də, Keniya polisi iddiaları təkzib edib. Məlumata görə, ölkə daxilində 3 gündür davam edən nümayişlər nəticəsində ölkə iqtisadiyyatı 20,1 milyon dollar itirib.
Hökumətin qəbul etdiyi, lakin Konstitusiya Məhkəməsinin etirazlara görə icrasını dayandırdığı vergi artımı haqqında qanunun əleyhdarları yaşayış səviyyəsinin qaldırılmasını, bahalığın aradan qaldırılmasını tələb edirlər.
Aysel Şirinova