Xəbər verdiyimiz kimi Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqi zamanı Azərbaycan və Ermənistanı "qardaş xalq" adlandırıb.
Məsələ ilə bağlı Azərbaycan Respiblikasının Milli Məclisinin deputatı Rüfət Quliyevin cavabı gecikməyib.
Deputat 32gun.az-a açıqlamasında bildirib ki, son 300 ildir Azərbaycan və erməni xalqına qardaş xalq demək mümkün deyil:
"Əslində erməni xalqının günahı yoxdur. Erməni xalqının başında duran, idarə edən insanların, qurucuların günahı var. Bütün bu yaranan problemlər son 300 bəlkə də 400 ildə ermənilərin apardığı siyasətin nəticəsidir. Bu bir mənalıdır. Biz sadəcə olaraq qonşu ola, sülh yolu ilə qonşuluq edə bilərik. Qardaşlıq, dostluq kimi məsələlərin olacağına yaxın 100 ildə inanmıram".
Deputat dünən Azərbaycan Ermənistan və Rusiya Xarici İşlər Nazirlərinin iştirakı ilə Moskvada keçirilən üçtərəfli görüş barədə də fikirlərini bölüşüb:
"Biz sülh yolu ilə bütün məsələləri həll etməyə çalışırıq. Təbiidir ki, sülh mqaviləsi Azərbaycanın 5 prinsipi üzərində imzalanmalıdır. Bizim öz dəsti-xəttimiz var. Bu dəsti-xəttin sonunda dayanan budur ki, 2 dövlət 2 xalq özləri problemləri müzakirə etməlidir. Əgər hansısa bir dövlət can atırsa köməklik göstərsin, bir bufer kimi ortada siyasi və beynəlxalq xallarını qazansın, burada problem görmürük. Bizim siyasətimizin əsasında milli maraqlar durub. Biz beynəlxalq qanunlarla öz məsələlərimizi həll etmək niyyətindəyik. Beləliklə, fərq etmir bu məsələlərin həlli Moskvada, Avropada və yaxud Vaşinqtonda olacaq və ya bizə bu görüşlərdə hansı dövlət köməklik göstərəcək. Bunu möhtərəm cənab Prezident də dəfələrlə qeyd edib. Bizə lazımdır ki, məslə tam formada həll olunsun",- deyə o bildirib.
Aysel Şirinova