SİYASƏT ÖZ XƏBƏR

"Məncə, qardaşlıq ermənilərə lazımdır"

"Azərbaycanla Ermənistan arasında sülhə mane olacaq heç bir hal qalmayıb. Yeganə olaraq qondarma "Arsax" məsələsi, onların adlandırdığı frazanın həlli qalıb. Belə görünür ki, Azərbaycan kifayət qədər qətiyyətlidir ki, hərbi əməliyyatları, antiterror əməliyyatlarını bərpa etsin və bunun nəticəsində problemi həll etsin. Görüşlər də sırf buna istiqamətlənib" bu fikirləri siyasi şərhçi, Sosial Tədqiqatlar Mərkəzinin mətbuat katibi Əziz Əlibəyli 32gun.aza dünən Moskvada üç dövlət arasında keçirilən görüşün təhlilini edərkən səsləndirib.

Onun sözlərinə görə  Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Azərbaycan və Ermənistanı qardaş xalq adlandırması ilə əslində Avropa raundundan əldə olunmuş sülh nailiyyətini öz aktivinə yazmaq niyyətindədir:

"Çünki Azərbaycan və Ermənistan nümayəndələrinin, hətta dövlət rəhbərlərinin Rusiyada növbəti görüşü də planlaşdırılır. Məsələni bu konteksdən qiymətləndirmək lazımdır və mən elə hesab edirəm ki, bu qardaş xalqlar ifadəsinin də altında keçmişə yönəlik birgə yaşayışın formullarının uğurlu yanaşması ifadə olunur. Əslində gözəl çıxış, yanaşmadır. Məncə, qardaşlıq və birgə yaşayış məsələsi daha çox ermənilərə lazımdır. Bir halda ki, biz qalib gəlmişik və Qarabağda inteqrasiya prosesinə də start vermişik. ruslar yaxşı olar ki, müraciətin bir hissəsini də orada ayaqda saxlamağa çalışdıqları erməni seperatçıları üçün etsin",- deyə siyasi şərhçi bildirib.

Aysel Şirinova

Oxşar Xəbərlər