SOSIAL ÖZ XƏBƏR

Bəhruz Şirəliyevin “Zeytun Pharmaceuticals”i "Zeytun Aptek"i məhkəməyə verdi

“Zeytun Pharmaceuticals” MMC "Zeytun Aptek" MMC-ni məhkəməyə verib. 

32gun.az-ın məlumatına görə, MMC-lər arasında pul ödınişləri üstündə problem yaranıb. 

Belə ki, məhkəmə işinin mahiyyəti Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələrdən ibarətdir. 

Bildirək ki, “Zeytun Pharmaceuticals” MMC-nin sahibi  BƏHRUZ ŞİRƏLİYEV ƏVƏZ OĞLUdur. MMC-nin nizamnamə kapitalı isə 2000 AZN, hquqi ünvanı isə   BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, OQTAY VƏLİYEV, ev 21C-dir.  Mətbuatda gedən məlumatlara görə, Bəhruz Şirəliyev “Nurgün Holding”in rəhbəri Nuru Əliyevə yaxınlığı ilə bilinir. Təsadüfi deyil ki, vaxtilə Nuru Əliyevin sponsoru olduğu “Rəvan” futbol klubunun vitse-prezidenti Bəhruz Şirəliyev olub. 

"Zeytun Aptek" MMC-nin Nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi İLAHƏ MURADOVA İLHAM QIZIdır. Aptekin hüquqi ünvanı BALAKƏN RAYONU, TALALAR kəndidir. 

Ayxan

Oxşar Xəbərlər