ÖZ XƏBƏR
Putin: "Rusiya Afrikanın 40-dan çox ölkəsini silahla təmin edir"
Vladimir Putin Rusiyanın hərbi-texniki müqavilələr imzaladığı 40-dan çox Afrika ölkəsini geniş çeşiddə silah və texnika ilə təmin etdiyini deyib.
32gun.az xarici mediaya istinadən xəbər verir ki, Putin bu fikirləri Sankt-Peterburqda dünən başlayan ikinci Rusiya-Afrika Sammitinin plenar iclası zamanı səsləndirib.
Prezident, həmçinin Afrika ölkələrinin müdafiə qabiliyyətini gücləndirmək üçün hərbi razılaşmaların artdığını və Ukrayna böhranının həlli üçün Afrika ölkələrinin təşəbbüslərini nəzərdən keçirdiklərini bildirib. Afrika ölkələrinə verdikləri iqtisadi dəstəyi vurğulayan Putin, Rusiyanın Afrika ölkələrinə olan borclarını sildiyini və 90 milyon dollarlıq dəstək verəcəklərini də qeyd edib.
Aysel Şirinova