SOSIAL ÖZ XƏBƏR

Sumqayıt Regional Ədliyyə İdarəsi Qobu Bələdiyyəsini məhkəməyə verdi

 

Abşeron rayon Qobu Bələdiyyəsi məhkəməlik olub.

32gun.az-ın məlumatına görə,  adıçəkilən bələdiyyə Sumqayıt Regional Ədliyyə İdarəsi tərəfindən məhkəməyə verib. 

Sumqayıt İnzibati Məhkəməsində baş tutacaq məhkəmə işinin mahiyyət İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - torpaq üzrə - Torpaq münasibətləri üzrə sair mübahisələrdən ibarətdir. 

Qeyd edək ki, Abşeron rayon Qobu Bələdiyyəsinin sədri Nəcəfov Araz Tofiq oğludur. 

Sumqayıt Regional Ədliyyəsinin rəisi Bayramov Sahib Nadir oğludur.

Ayxan

Oxşar Xəbərlər