DÜNYA ÖZ XƏBƏR

Polşa Belarusiya ilə sərhəddə əlavə əsgər göndərir

Polşa Müdafiə Nazirliyi  Belarusla sərhədə əlavə qoşunların göndərilməsinə razılıq verib.

32gun.az xəbər verir ki, bu barədə Polşa mediası məlumat yayıb.

Məlumata görə, nazirlikdən verilən açıqlamada, "Müdafiə naziri Mariuş Blaşçak sərhədçilərdən əlavə əsgər tələbini qəbul edib. Polşa-Belarus sərhədindəki dinamik vəziyyət və tələb səbəbiylə nazir Blaşçak əlavə əsgərlərin göndərilməsini əmr edib" ifadələrdən istifadə edilmişdir.

Qeyd edək ki, bu həftənin əvvəlində Polşa Sərhəd Mühafizəsi Belarus sərhədinə əlavə 1000 hərbçi göndərilməsini istəyib.

Aysel Şirinova

Oxşar Xəbərlər