Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti məhkəməyə verilib.
32gun.az xəbər verir ki, xidmətin əməkdaşı olmuş Tomuyev Cabbar Səməd oğlu Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edib. O haqsız olaraq işdən çıxarıldığını iddia edib.
Hakim Etibar Mustafayevin sədrliyi ilə baş tutacaq məhkəmə işinin mahiyyəti Əmək mübahisələri - İşə bərpa və Əmək mübahisələri - Əmək haqqı tələləbindən ibarətdir.
Xarırladaq ki, bu ilin fevral ayında Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsinin icrası Cabbar Qəribova həvalə olunub.
Ayxan