SOSIAL ÖZ XƏBƏR

Azərbaycandakı 15 milyon dollarlıq şirkət gömrükdə qayda pozdu

"AZƏRBAYCAN VANHONG CERAMİCS CO." MMC məhkəməlik olub. 

32gun.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsi 485.2-ci maddəsi ilə (Gömrük Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) protokol hazırlanıb. 

Hazıranmış protokol Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilib.

Bildirək ki, Şirkətin rəsmi nümayəndəsi Çin vətəndaşı Zhiyi Wang-dir. Nizamnamə kapitalı isə 15 milyon dollardır. 

Qeyd edək ki, “Azərbaycan Vanhong Ceramics Co.” MMC-yə 2021-ci ilin oktyabr ayında Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. 

Ayxan

Oxşar Xəbərlər