SOSIAL ÖZ XƏBƏR

Şəki Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı İşdən qanunsuz olaraq çıxarıldığını iddia etdi - Məhkəməyə üz tutdu

Şəki Rayon Mərkəzi Xəstəxanası məhkəməlik olub.

32gun.az xəbər verir ki, xəstəxana əməkdaşı olmuş ƏDİLOV AQİL ƏBÜLFƏT OĞLU işdən qanunsuz olarq çıxarıldığını iddia edərək bu dəfə Şəki Apellyasiya Məhkəməsinə müraciət edib.

Hakim Elçin Mehdiyevin sədrliyi ilə baş tutacaq məhkəmə işinin mahiyyəti Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələrdən ibarətdir. 

Xatırladaq ki, xəstəxananın direktoru vəzifəsi  2022-i ilin avqust ayında Əliyev Məcid Abduləli oğluna həvalə olunub.

Ayxan

Oxşar Xəbərlər