“STP Global Cable” MMC məhkəməlik olub.
32gun.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə (Gömrük Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) protokol hazırlanıb. Hazırlanmış protokol Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilib.

Məhkəmə işi hakim Rövşən Xəlilovun icraatına verilib.

Bildirək ki, nizamnamə kapitalı 100 min manat olan olan “STP Global Cable” MMC-nin (Kabel Zavodu) qanuni təmsilçisi, direktoru Tamerlan Kurkievdir. Şirkətin hüquqi ünvanı SUMQAYIT ŞƏHƏRİ, H.Z.TAĞIYEV, , ev TEXNO-PARK SAHƏSİdir.
Xatırladaq ki, STP Global Cable STP MMC-nin törəmə şirkətlərindəndir.
Ayxan