Yunanıstanda günlərdir davam edən yanğınlar Ədirnənin Meriç rayonunun sərhəd kəndlərinə yaxınlaşıb.
32gun.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə yanğının böyüklüyü Türkiyə ərazisindəki kəndlərdən də görünür.
Əraziyə nəzarət edən rəsmilər yanğının genişlənməsindən narahat olduqlarını, tez bir zamanda söndürülməsini istədiklərini bildiriblər.
Qeyd edək ki, ölkədə başlayan meşə yanğınları 1 aydan artıq müddəti əhatə edir.
Aysel Şirinova