DÜNYA ÖZ XƏBƏR

Tramp tərəfdarları oyun zamanı pankart qaldırdılar (FOTO)

Tramp tərəfdarları beysbol oyununda əllərində “Tramp, ya ölüm” yazılmış pankart tutublar.

32gun.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə dəstəkçilər Nyu-Yorkdakı Yanki Stadionunda oynanılan "Yankees-Detroit Tigers" matçında "Tanrı Amerikanı qorusun" mahnısı səslənən zaman pankartları qaldırıblar.

Məlumata əsasən "Tramp ya da ölüm” həştəqi X sosial media platformasında trend olub. Sosial mediada bəzi şəxslər siyasəti idmanla qarışdırdıqları şərhləri ilə dəstəkçiləri tənqid ediblər.

Bildirilib ki, təşkilatçı ABŞ-da bəzi ictimai yerlərə girişi qadağan edilən və özünü “peşəkar təşviqatçı” kimi qələmə verən Dion Cini olub.

Xatırladaq ki, 2021-ci ildə iki Tramp tərəfdarı Yanki stadionunda "Tramp qalib gəldi" mesajı olan pankart açdığı üçün təhlükəsizlik işçiləri ilə qarşıdurmadan sonra stadiondan çıxarılmışdı.

Aysel Şirinova

Trump destekçileri beyzbol maçında 'Ya Trump ya Ölüm' yazılı pankart açtı

Oxşar Xəbərlər