Türkiyəli məşhur Sürəyya Yalçın 3 milyon TL dəyərində qızılı üzlük, brilyant və yaqutdan hazırlanmış paltar geyinib.
32gun.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Məlumata əsasən Sürəyyanın dəvətə qatılmaq üçün seçdiyi libasın modelyeri Pınar Kərimoğludur.
Gündəm yaradan geyim sosial media istifadəçilərində müxtəlif fikirlər yaradıb. Bəziləri Yalçının zəifliyinə görə paltarı daşıya bilmədiyini desə də, digər qismi çox bəyənib.
Xatırladaq ki, məşhurun son zamanlarda xeyli çəki atması da səs-küyə səbəb olmuşdu.
Aysel Şirinova



