Hindistanın baş naziri Narendra Modi bazar günü Yeni Dehlidə dünya liderlərinə əl ilə toxunmuş şərf hədiyyə edib.
32gun.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə şərf simvolik məna daşıyır.
Məlumata əsasən G20 liderləri Hindistanın müstəqilliyinin atası sayılan və 1948-ci ildə öldürülən Mohandas K. Qandinin Rajghat memorialına daxil olarkən boyunlarına əllə toxunmuş şərf taxıblar.
Bildirilib ki, şərf Qandi üçün özünəinam simvolu hesab olunub. Bu şərfin hindlilərə sənaye potensiallarını artırmaq və ölkəni keçmiş müstəmləkə qubernatorlarından asılılıqdan azad etmək üçün ruh yüksəkliyi verdiyi deyilib.
Bundan başqa, geyim əşyasının o dövrdə Britaniya istehsalı olan məhsulları boykot etmək məqsədilə hindistanlılar tərəfindən hazırlandığı bildirilib.
Aysel Şirinova