Dünya şöhrətli müğənni Ed Sheeran-ın Las Veqasdakı konserti səhnənin çökə biləcəyi ehtimalı ilə ləğv edilib.
32gun.az xəbər verir ki, 32 yaşlı musiqiçinin komandasının səs məşqi zamanı səhnədə yüngül çökmə olduğu və təhlükəsizlik tədbirlərinin yetərli olmadığı bildirilib.
Konsertə saatlar qalmış açıqlama verən müğənni, “Veqas şoumuzda bəzi problemlər oldu. Mən həqiqətən kədərlənirəm. Hər kəs bunun üçün səyahət etmişdi, kaş bu vəziyyəti dəyişə bilərdim",- deyib.
Xəbərdən sonra müğənninin pərəstişkarları sosial şəbəkələrdə konsert üçün ödədikləri yol və otel xərclərini sadalayaraq etirazlarını bildiriblər.
Aysel Şirinova