DÜNYA ÖZ XƏBƏR

Bakıda avtobus yolda qaldı - Sərnişinlər çətin vəziyyətə düşdü (VİDEO)

Bakıda 13 nömrəli "Bakubus" marşrutunun hərəkətində problem yaranıb.

32gun.az-ın məlumatına görə, avtobusda yaranan texniki nasazlıq səbəbilə sərnişinlərlə dolu marşrut yolda qalıb. Hadisə Nərimanov rayonunda "Günaydın" restoranının qarşısında baş verib. Bildirilib ki, sürücü idarə etdiyi avtobusu hərəkətə gətirməyə çalışsa da mümkün olmayıb.

Xarab olan avtobus magistral yolda avtomobillərin hərəkətinə maneə törədib.

Ərazidəki polislərin köməyi ilə sərnişinlər digər avtobusa daşınıb.

Aysel Şirinova

 

Oxşar Xəbərlər