“Mərakeş və Liviyadakı qardaşlarımızla həmrəylik məqsədilə Misirdə üç günlük matəm elan edilib”
32gun.az xəbər verir ki, bu sözləri Misir prezidenti Əbdülfəttah əs-Sisi bəzi ordu komandirləri ilə keçirdiyi görüş zamanı deyib.
Sisi Mərakeşdə baş verən zəlzələ və Liviyada baş verən sellə əlaqədar bu ölkələrə başsağlığı verib.
Prezident Silahlı Qüvvələrə dərhal Mərakeş və Liviyaya həm hava, həm də dəniz yolu ilə humanitar yardım göndərilməsi və hər cür humanitar dəstəyin göstərilməsini tapşırıb.
Xatırladaq ki, Mərakeş Daxili İşlər Nazirliyi sentyabrın 8-i cümə günü axşam saatlarında baş verən zəlzələdə indiyədək 3 mindən çox nəfərin öldüyünü, 2 min 562 nəfərin isə yaralandığını bildirib.
Liviyanın şərqində isə sel fəlakətində ölənlərin sayının 3 mini keçdiyini açıqlanıb.
Aysel Şirinova