"Strateji baxımından mövcud prosesin uzanması real görünmür. Bu mənada, demək olar ki, strateji addım dərhal suverenliyin bərpasıdır"
32gun.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi, Sosial Tədqiqatlar Mərkəzinin mətbuat katibi Əziz Əlibəyli antiterror əməliyyatlarını şərh edərkən səsləndirib.
O, bildirib ki, planlamalar qısa müddətdə bir çox nüansların həllinə uyğun təşkil edilib:
"İlkin mərhələ olaraq düşmənin döyüş nöqtələri sıradan çıxarılır. Növbəti mərhələdə isə artıq bölgəyə daxil olmaq prosesinə start verilir. Bu daxili məsələdir. Məsələnin prinsipial hissəsini ordu deyil, ölkənin daxili, xüsusi xidmət orqanları və Daxili Qoşunlar həyata keçirir".
Aysel Şirinova