İDMAN ÖZ XƏBƏR

Futbolçuların istirahət mərkəzində dava salmasına baş direktordan Cavab

Krasnoyarsk “Yenisey” klubunun baş direktoru Dmitri Fedoseyev klubun futbolçuları Vladimir Xozin , Vyaçeslav Bardıbaxin və Andrey Okladnikovun Zelenka istirahət mərkəzində istirahət edənlər ailəsi ilə dava salması xəbərinə münasibət bildirib .

32gun.az Rusiya KİV-nə istinadən bildirir ki, baş direktor istirahət edənlərin futbolçuları təxrivata çəkdiyini bilditib: 

“Bu məlumat yalnız bu gün məlum oldu, biz onu araşdırırıq. Uşaqlar da oyundan sonra ailələri ilə birlikdə dincəlirdilər və onlar təxribata çəkildilər. Biz bunu araşdırırıq, əlbəttə ki, futbolçularla söhbət aparılıb”, - deyə Fedoseyev bildirib.

Dava zamanı xəsarət alan qadın bildirib ki, münaqişə mayın 13-də saat 21:40 radələrində Zelenka istirahət mərkəzində baş verib. Onun sözlərini “Championship” “112 Krasnoyarsk ” Telegram kanalına istinadən yazır .

“Biz Rusiya Qvardiyasına zəng edən istirahət mərkəzinin administratorları vasitəsilə hərəkət etdik . Milli Qvardiya da onları sakitləşdirə bilmədi. 14 may 2024-cü ildə 250 min rubl verərək münaqişəni susdurmaq üçün mənimlə danışıq aparmağa çıxdılar” deyən qadın dava nəticəsində ögey atasının orta dərəcəli bədən xəsarətləri aldığını qeyd edib.
Ayxan 

Oxşar Xəbərlər