Rusiyalı futbolçu Aleksandr Qolovin Monakodan ayrılmaq fikrində olmadığını etiraf edib.
32gun.az bildiri ki bu barərə "Sport Express" məlumat yayıb.
“Monakoda hər şeydən tam razıyam. Burada özümü lider kimi hiss edirəm. Və bu çox keçməmiş baş verdi. Son iki mövsümdə özümü aparıcı futbolçulardan biri kimi hiss edirəm”, - deyə Qolovin bildirib.
Mayın 30-da Qolovinin 28 yaşı tamam oldu. O, 2018-ci ildən “Monako”da çıxış edir. 2023/24 mövsümündə rusiyalı moneqaskların heyətində 27 matçda iştirak edib və altı qol və altı məhsuldar ötürmə ilə yadda qalıb. Qolovinin "Monako" ilə müqaviləsi 2026-cı il iyunun 30-da başa çatır.
Mövsümün sonunda şahzadə komandası Fransanın vitse-çempionu oldu və 2024/25 mövsümü üçün UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı . Sonuncu dəfə “Monako” 2017-ci ildə Liqa 1-in çempionu olmuşdu, həmin il Qolovin Moskvanın CSKA klubunda çıxış edib.
Ayxan