Rusiya millisinin qapıçısı Matvey Safonovun Fransa vizası ilə bağlı problemi yoxdur.
32gun.az bildirir ki, bu barədə idmançının atası Yevgeni Safonov Sport24-ə şərhində bildirib.
İyunun 7-də məlum olub ki, Safonova 60 milyon rubldan çox aliment borcuna görə Rusiyanı tərk etmək qadağan edilib. Qadağa iyunun 6-da, qapıçı artıq Minskdə Rusiya millisinin heyətində olarkən qüvvəyə minib , burada komanda Belarus millisi ilə yoldaşlıq oyunu keçirib və bu oyun rusların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Sonradan məlum oldu ki, Safonovun ölkədən çıxış qadağası götürülüb. Onun Fransa iş vizası almaqda problemləri olduğu bildirilirdi . Lakin cümə günü, iyunun 14-də PSJ Safonovla 2029-cu ilə qədər müqavilə imzaladığını rəsmən açıqlayıb.
“Bu barədə heç bir şərh verməyəcəyəm. Bunlar idmana yaraşmayan məsələlərdir və bu haqda danışmağın mənası varmı? Əgər PSJ bütün bu xəbərlərdən sonra Matvey ilə müqavilə imzaladığını rəsmən açıqlasa, o zaman oğlunun heç bir problemi olmayacaq. Onun üçün hər şey müsbət istiqamətdə gedir”, - deyə Safonovun atası deyib.
Ayxan