İDMAN ÖZ XƏBƏR

Döyüşçü Monson İslamı niyə qəbul etdiyini açıqlayıb

Rusiyalı qarışıq döyüş növləri üzrə döyüşçü Ceff Monson 5 il imiş , İslam dinini qəbul etmək barədə düşündüyünü deyib.

32gun.az xəbər verir ki, bu barədə "Match TV" xəbər verib. 

“Mən bu din haqqında çox şey bilirəm, İslamın nümayəndələri olan çoxlu dostlarım var. Mənim üçün söhbət insanlar arasında qardaşlıq, dostluq münasibətlərindən gedir. Qonşularınızın hər birinə məhəbbət haqqında”, - Monson deyib.

Qeyd edək ki, Ceff Monson iyunun 19-da Moskvada İslamı qəbul edib. 

Avqustun 18-də Ceff Monson Oleq Taktarova qarşı boks qaydalarına uyğun döyüşdü . Bu döyüş REN TV-nin boks gecəsi çərçivəsində baş tutub və heç-heçə ilə yekunlaşıb. 55 yaşlı Taktarov üçün Moskvadakı turnirdə Monsona qarşı döyüş on ildən çox fasilədən sonra ilk idi. 

Monson qarışıq döyüş sənətləri və Braziliya ciu-citsusu üzrə yarışıb. O, ADCC Təqdimat Güləşi üzrə Dünya Çempionatının ikiqat qalibi və Braziliya ciu-citsu üzrə dünya çempionudur. Monson keçmiş UFC ağır çəkili çempion titulunun rəqibidir.

Ayxan 

Oxşar Xəbərlər