Qan təzyiqini aşağı salmaq üçün dərmanlarla qreypfrut istehlak etmək dərmanların təsirini artıra və ürək döyüntüsünüzü təhlükəli şəkildə yavaşlata bilər.
32gun.az xəbər verir ki, ABŞ- ın Temple Universiteti Əczaçılıq Məktəbinin klinik əczaçılıq professoru Patrick McDonnell bu barədə Live Science-a danışıb.
Mütəxəssis izah etdi ki, qreypfrut nifedipin kimi müəyyən təzyiq dərmanları ilə eyni vaxtda istehlak edilməməlidir. McDonnell dedi ki, bu dərmanlar qan damarlarını rahatlaşdıraraq və qan dövranını yaxşılaşdıraraq işləyir. Udulduqda dərmanlar nazik bağırsaqda fermentlər tərəfindən parçalanır.
Əsas fermentlərdən biri sitoxrom P4503A4 və ya CYP3A4-dür. Qreypfrutun tərkibindəki furanokumarinlər və onların törəmələri kimyəvi birləşmələr CYP3A4-ün təsirini maneə törədə bilər və bununla da dərmanın aktiv maddəsinin bədəndə daha çox saxlanmasına kömək edir. Bu, potensial olaraq bradikardiya (ürək dərəcəsinin dəqiqədə 60 döyüntüdən aşağıya enməsi) kimi arzuolunmaz təsirlərə gətirib çıxarır. Bu vəziyyət ürək çatışmazlığı və infarkt riskini artıra bilər.
Qreypfrut bəzi statinlərə, bədəndəki xolesterol səviyyəsini aşağı salan dərmanlara da bu təsir göstərə bilər. Bu cür dərmanların furanokumarinlərlə "qarışması" səbəbindən artan təsirləri əzələ ağrısına və zədələnməsinə səbəb ola bilər.
Nilay