Ufa "Salavat Yulaev" klubunun xokkeyçisi Qleb Kuzmin FONBET KHL çempionatının adi mövsümündə Omsk "Avanqard" ı ilə oyun zamanı ciddi xəsarət alıb.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, Ufada keçirilən görüşün ikinci hissəsində rəqiblə döyüşən Kuzmin müvazinətini itirib və başını taxtalara çırpıb. Forvard tibbi yardım tələb edib. və onu xərəyə ilə buzdan çıxarıblar.
Məlumata görə, forvard təcili tibbi yardım maşını ilə Ufadakı xəstəxanalardan birinə aparılıb və orada müayinə olunacaq.
Kuzmin 2024/25 mövsümündə beş oyun keçirib, bir qol vurub və bir məhsuldar ötürmə edib.
Nilay