"Döyüş üzrə Ultimate Çempionatının (UFC) keçmiş çempionu Həbib Nurməhəmmədov komandanın oyunlarında meydana çıxması ilə kluba böyük dəstək verir".
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Mahaçqalanın “Dinamo” klubunun prezidenti Hacı Hacıyev deyib.
“Həbib böyük şəxsiyyətdir. O, təkcə çempion və döyüşçü deyil, həm də böyük şəxsiyyətdir. Onun bizim matçlarımıza gəlməsi ilə fəxr edirik. Maddi dəstək ciddi deyil. Mənəvi kifayət qədərdir”, - Hacıyev bildirib.
Nurməhəmmədov UFC çempionu İslam Mahaçevlə birlikdə Rusiya Kubokunun qrup mərhələsində Moskvanın “Dinamo”su ilə oyunda iştirak edib.
“Dinamo” (Mahaçqala) altı xalla A qrupunda birinci yeri tutur. Moskva “Dinamo”su və “Spartak”ın da hərəyə 6 xalı var.
Ayxan