İDMAN ÖZ XƏBƏR

"Əsas odur ki, sağalsın və bu zədə onun həyatına mane olmasın"

Rusiya xokkey yığmasının sabiq baş məşqçisi Vyaçeslav Bıkov ağır zədə alan Salavat Yulayevin xokkeyçisi Qleb Kuzminə sağlamlıq arzulayıb.

32gun.az bildirir ki, onun açıqlamasını Match TV yayıb.

“Allah səni qorusun! Əsas odur ki, sağalsın və bu zədə onun normal, dolğun həyat sürməsinə mane olmur. Təəssüf ki, xokkeydə bəzən belə zədələr olur”, - Bıkov bildirib.

Sentyabrın 17-də “Avanqard”ın müdafiəçisi Darren Ditslə döyüş zamanı Kuzmin müvazinətini itirib və başını lövhələrə çırpıb. Xokkeyçi buzları xərəkdə qoyub və daha sonra müayinə üçün xəstəxanaya aparılıb. Həmin görüşdə Salavat Yulayev 4:2 (2:1, 1:0, 1:1) hesabı ilə qalib gəlib.

Qitə Xokkey Liqasının (KHL) cari mövsümündə 27 yaşlı Kuzmin bir qol vurub və bir məhsuldar ötürmə edib. Hazırda Başqırd klubu beş oyundan sonra səkkiz xalla Şərq Konfransının turnir cədvəlində ikinci yerdədir.

Ayxan 

Oxşar Xəbərlər