İDMAN ÖZ XƏBƏR

Mbappe Fransa millisi ilə oyunda gecə klubunda görüntülənib

Futbolçu Mbappe Fransa millisi ilə oyun zamanı gecə klubunda görüntülənib

Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe milli komandanın Millətlər Liqasında İsrailə qarşı oyunu zamanı Stokholmdakı gecə klubunda görüntülənib.

32gun.az xəbər verir ki, bu barədə RMC məlumat yayıb.

Mənbənin sözlərinə görə, Fransa millisinin baş məşqçisi Didye Deşam futbolçunun dincəlməsi üçün Mbappeni komandanın olduğu yerə çağırmayıb, lakin Mbappe yaxınları ilə birlikdə İsveçə uçub. Restoranda nahar etdikdən sonra onun üçün ayrıca otaq ayrıldığı gecə klubuna getdiyi qeyd edilir.

Mbappe sentyabrın 24-də "Real" ın heyətində La Liqada "Alaves"lə oyunda (3:2) zədələnib . Forvarda bud nahiyəsinin biseps nahiyəsindən zədə diaqnozu qoyulub.

Mbappe iyunun 3-də Real Madridə keçdiyini açıqlamışdı. Forvard rəsmi olaraq iyulun 16-da təqdim olunub. O, yeni komandası ilə doqquz matçda yeddi qol vurub və bir məhsuldar ötürmə edib.

Ayxan 

 

Oxşar Xəbərlər