İDMAN ÖZ XƏBƏR

İtaliya futbolunun əfsanəsi karyerasını 48 yaşında yenidən bərpa edə bilər

"Roma"nın və İtaliya millisinin sabiq hücumçusu, 48 yaşlı Françesko Totti karyerasını davam etdirə və A Seriyasının “Komo” klubu ilə müqavilə bağlaya bilər.

32gun.az bildirir ki, bu barədə  İtaliya mətbuatı  xəbər verib. 

Mənbə iddia edir ki, Totti mövsümün sonuna qədər "Komo"ya keçməyi ciddi şəkildə düşünür.

Futbolçu bütün karyerasını bir klubda keçirib. Totti 1992-2017-ci illərdə "Roma"da 25 mövsüm oynayıb. O, 785 oyun keçirib, 307 qol vurub və 207 məhsuldar ötürmə edib. "Roma" ilə birlikdə Totti 2001-ci ildə İtaliya çempionu olub.

İtaliya millisində 58 oyuna çıxan futbolçu 9 qol vurub, 25 məhsuldar ötürmə edib. O, həm də 2006-cı ildə dünya çempionu olub. 

"Komo" bu mövsüm İtaliya futbolunun yüksək divizionunda çıxış edir. Onlar sonuncu dəfə 2002/03 mövsümündə A Seriyasında çıxış ediblər. Sonra 17-ci yeri tutdular və yenidən B Seriyasına düşülbər.

Nilay 

Oxşar Xəbərlər