İDMAN ÖZ XƏBƏR

Fransız güləşçi tıxac səbəbindən rusiyalı ilə yarışa gecikib - dünya çempionatının bürünc medalını əldən verib

Rusiyalı güləşçi Sadıq Lalayev Albaniyanın Tiran şəhərində keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında bürünc medal qazanıb.

32gun.az bildirir ki, bu barədə Rusiya Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Tiqran Avanyan özünün Telegram- kanalında məlumat verib.

Rəqibi fransalı Stefan Klement tıxac səbəbindən üçüncü yer uğrunda mübarizəyə gecikdiyindən Rusiya təmsilçisi texniki qələbə qazanıb. Döyüş 63 kiloqrama qədər çəki dərəcəsində baş tutmalı idi.

Lalayev dünya çempionatında ilk medalını qazanıb. O, həmçinin 2024-cü il Avropa çempionatının 60 kiloqram çəki dərəcəsində bürünc mükafatçısıdır.

Tiranada keçirilən dünya çempionatı oktyabrın 31-də başa çatacaq. Rusiya güləşçiləri turnirdə neytral statusda çıxış edirlər.

Nilay

Oxşar Xəbərlər