Bakterial infeksiyalar immunitet sisteminin mədəaltı vəziyə hücumuna səbəb olaraq tip 1 diabetə səbəb ola bilər.
32gun.az xəbər verir ki, bu , Journal of Clinical Investigation (JCI) jurnalında dərc olunan araşdırmada göstərilib.
İmmun T hüceyrələri bakterial infeksiyalarla mübarizədə iştirak edir. Alimlər yeni işlərində bəzi bakteriyaların immun sisteminin hiperaktivləşməsinə səbəb olan molekullar ifraz edə bildiyini göstəriblər. İnsulin istehsal edən hüceyrələri məhv edir, nəticədə 1-ci tip diabet yaranır.
“1-ci tip şəkərli diabet adətən uşaqları və gəncləri təsir edən otoimmün xəstəlikdir və insulin istehsal edən hüceyrələr xəstənin öz immun sistemi tərəfindən hücuma məruz qalır. Bu, insulin çatışmazlığına gətirib çıxarır, yəni 1-ci tip şəkərli diabetlə yaşayan insanlar qan şəkərinin səviyyəsinə nəzarət etmək üçün gündə bir neçə dəfə insulin yeritməlidirlər”, - alimlər izah ediblər.
Müəlliflər qeyd ediblər ki, onların tədqiqatı 1-ci tip diabetin bütün hallarının səbəbi bakterial infeksiyalar olması demək deyil. Onların tapıntıları xəstələrin yalnız kiçik bir hissəsinə aiddir və təsdiq tələb edir. Tədqiqat diabetin inkişafını daha yaxşı başa düşməyə və erkən mərhələdə xəstəliklə mübarizə aparmaq üçün bir yol tapmağa kömək edəcəkdir.
Ayxan