Kabardin-Balkarın Çerekski rayonunda kran yoldan aşıb. Sürücü dünyasını dəyişib, meyiti maşının kabinəsində qalıb.
32gun.az bildirir ki, bu barədə Respublika Fövqəladə Hallar Nazirliyinin Telegram kanalında məlumat verilib.
Məlumata görə , fövqəladə hadisə yanvarın 8-də günorta saatlarında Urvan-Uştulu avtomobil yolunun 42-ci kilometrliyində baş verib. Kran dərəyə təxminən 50 metr dərinliyə düşüb.
Hazırda 1987-ci il təvəllüdlü kran maşinistinin cəsədinin blokdan çıxarılması və təxliyəsi istiqamətində işlər aparılır. Hadisə yerində Rusiya Fövqəladə Hallar Nazirliyinin Elbrus yüksək dağlıq xilasetmə dəstəsinin və Kabardin-Balkar Yanğından Mühafizə Xidmətinin xilasetmə dəstəsinin 10 xilasedicisi və iki texnikası işləyir.
Hüquq-mühafizə orqanlarından ibarət istintaq-əməliyyat qrupu da gəlib.
Hadisənin səbəbləri və şəraiti müəyyənləşdirilir.
Nilay