İDMAN ÖZ XƏBƏR

"Lokomotiv" KHL matçında SKA-nı məğlub edib

Yaroslavl Lokomotiv Sankt-Peterburq SKA ilə Kontinental Xokkey Liqasının (KHL) müntəzəm mövsüm görüşündə qalib gəlib. 

32gun.az xəbər verir ki, “Arena 2000 Lokomotiv”də keçirilən görüş əlavə vaxtda 4:3 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. "Lokomotiv"in heyətində Aleksandr Radulov (iki dəfə) və Artur Kayumov , SKA-nın heyətində isə Zaxar Bərdakov , İvan Demidov və Aleksandr Nikişin fərqlənib . Əlavə vaxtda Ruşan Rafikovun dəqiq zərbəsi ilə meydan sahibləri qalib gəlib. 

“Lokomotiv” 46 oyundan sonra 74 xalla KHL Qərb Konfransının turnir cədvəlinə başçılıq edir. Komanda ikinci yerdən 15 xal öndədir. SKA yeddincidir - Roman Rotenberqin komandası 44 görüşdən sonra 55 xal toplayıb.

Növbəti oyunda “Lokomotiv” yanvarın 17-də səfərdə “Sibir”lə, SKA isə ayın 16-da evdə “Severstal”ı qəbul edəcək.

2024-cü ilin fevralında Beynəlxalq Xokkey Federasiyası (IIHF) Rusiya və Belarus milli komandalarının fəaliyyətini dayandırıb . Təşkilat bildirib ki, qurumun şurası vəziyyətə nəzarəti davam etdirəcək və 2025-ci ilin mayında Rusiya və Belarus yığmalarının 2025/26 mövsümü üçün reinteqrasiyası məsələsinə baxacaq.

Ayxan 

Oxşar Xəbərlər