Kriştianu Ronaldunun oğlu Saudiyyə Ərəbistanının "Al-Nəsr" gənclər komandasında penta-trik edib
23 yanvar tarixində "Al-Nəsr" gənclər komandası, Saudiyyə Ərəbistanının 15 yaşadək futbolçular arasında keçirilən ölkə çempionatında "Al-Ittihad" ilə qarşılaşıb.
32gun.az bildirir ki, Oyun 5:4 hesabı ilə Ronaldunun oğlu ilə oynayan "Al-Nəsr" komandasının xeyrinə başa çatıb və gənc futbolçu komandası üçün beş qol vurub.
14 yaşlı futbolçu, "Al-Nəsr"ə keçməzdən əvvəl "Mançester Yunayted", "Real Madrid" və "Yuventus" akademiyalarında çıxış edib.
Kriştianu Ronaldu, 2023-cü ilin yanvarından etibarən "Al-Nəsr" komandasında hücumçu olaraq fəaliyyət göstərir. O, ailəsi ilə birgə Saudiyyə Ərəbistanına köçüb və burada, qanunlara baxmayaraq, uşaqlarının anası ilə birgə yaşamağa icazə verilib. Bu zaman ölkədə qadın və kişilərin evli olmadan birgə yaşaması qanunla qadağandır. "Al-Nəsr" ilə keçirdiyi 90 oyun ərzində 81 qol vurmuşdur.
Həmçinin, Kriştianu Ronaldunun cari müqaviləsi 2024/25 mövsümünün sonuna qədərdir. Mətbuatda yayılan xəbərlərə görə, tərəflər müqavilənin uzadılmasında razılığa gəlib. Yeni müqavilə şərtlərinə əsasən, Ronaldu, klubun 5% səhmlərinə sahib olacaq və illik maaşı 183 milyon avro təşkil edəcək, bu da onu futbolçular arasında ən yüksək maaş alan şəxs edəcək.
Ayxan