Çelyabinsk Mərkəzi Rayon Məhkəməsi "Makfa" makaron istehsalçısının keçmiş sahiblərindən 19,7 milyard rubl məbləğində cərimə tutulmasına qərar verib
32gun.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətinə istinadən RİA Novosti məlumat yayıb.
"Məhkəmə iddianı təmin etdi," – deyə məlumatda bildirilib.
Rusiyanın Baş Prokurorluğu tərəfindən qaldırılan iddianın tam həcmdə təmin edildiyini vəsaitin tam məbləğdə tutulacağını hüquqşünas Lyudmila Ayvar təsdiq edib.
Xatırladaq ki, daha əvvəl Baş Prokurorluq "Makfa"nın keçmiş sahiblərindən 18 milyard rubl məbləğində vəsaitin tutulmasını tələb etmişdi.
Ayxan