İtaliyada dekabrın sonunda baş tutan yarış başa çatdıqdan sonra ukraynalı idmançılar Evgeni və Daria Pilipyuk vətənə qayıtmayıblar.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “İctimai” telekanala Çernivtsi Karate Federasiyasının rəhbəri Aleksandr Pikulin məlumat verib.
Pikulinin sözlərinə görə, idmançılar müəyyən olunmuş müddətdə ölkəyə qayıtmayıblar və onlar sosial şəbəkələrdəki hesablarını silib, telefonlarını söndürüblər.
Bununla əlaqədar Ukrayna Karate Federasiyası idmançıları milli komandanın heyətindən kənarlaşdırıb və Ümumdünya Karate Federasiyasından ömürlük diskvalifikasiya və bütün idman mükafatlarından məhrum edilməsini tələb edəcəyinə söz verib.
Ayxan