İDMAN ÖZ XƏBƏR

Dzyuba təhqir olunduqdan sonra rəqibi ilə dava edib

Tolyatti "Akron" klubunun futbolçusu Artyom Dzyuba yoldaşlıq oyununda Ermənistanın "Urartu" komandasının oyunçusu Erik Simonyanla dalaşıb.

32gun.az xəbər verir ki, 29 yanvarda Birləşmiş Ərəb Əmirliklərində keçirilən təlim-məşq toplanışı çərçivəsində "Akron""Urartu" üz-üzə gəlib. Rusiya klubu matçdan 2:0 hesablı qələbə ilə ayrılıb. Qarşılaşmanın 64-cü dəqiqəsində Simonyan Dzyubanı təhqir edərək ona "sus" deyib. Buna cavab olaraq Dzyuba rəqibini itələyərək yerə yıxıb. Futbolçular dərhal ayrılıb, Dzyuba isə iki dəqiqə sonra əvəzlənib.

Təcrübəli hücumçu 2024-cü ilin yay transfer pəncərəsində Moskva "Lokomotiv" klubundan ayrılaraq **"Akron"**a keçib. O, Tolyatti təmsilçisinin heyətində 11 oyunda 3 qol vurub və 3 assist edib.

Dzyuba Rusiya çempionatlarında ümumilikdə 232 qol vurub. Tarixin ən yaxşı bombardiri 233 qolla Aleksandr Kerjakovdur. Bundan əlavə, o, "qol+pas" sistemində Dmitri Loskovdan 5 xal geridədir: Dzyuba 261 (161+98), Loskov isə 266 (120+146) xal toplayıb.

Ayxan 

Oxşar Xəbərlər